​Urmiya gölünün quruması genetik mutasiya yaradacaq - Foto

Baxış sayı:
1690

Urmu gölünün quruması bölgədə genetik mutasiyalar əmələ gətirəcək.
Muxalifet.az xəbər verir ki, bunu İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri gölün quruması haqda danşarkən deyib.
“3 il əvvəl gölün qurumasının səbəbi haqda elmi araşdırma aparıldı. Araşdırmanın nəticəsi göstərdi ki, gölün 18%-nin qurumasında iqlim dəyişikliyi, 82 %-in qurumasında isə insan amilinin rolu var”.
Qeyd edək ki, rus kosmonavt Anton Astrey martın 6-da şəxsi İnstaqram hesabında Urmu gölünün kosmosdan şəklini paylaşıb. Şəkildə gölün böyük bir hissəsinin quruduğu aydın görünür.