"Uranı 90%-ə qədər zənginləşdirə biləcək qədər irəliləyiş əldə etmişik” - İRANDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
1696

Uranı 90%-ə qədər zənginləşdirə bilərik.
Bunu İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi deyib.
O bildirib ki, uranı 20%-dən çox zənginləşdirmək ehtiyacı ətrafında müzakirələr aparılıb və bu faizin 90-a çıxarılması iqtidarında olduqları qənaətinə gəlinib.
“Ölkə bu gün bu potensiala sahibdir, yəni bu gün uranı 20 faizdən çox zənginləşdirməyə qərar verəndə bunu rahatlıqla həyata keçirə bilərik. Uranı 90%-ə qədər müxtəlif səviyyələrdə asanlıqla zənginləşdirə biləcək qədər irəliləyiş əldə etmişik”, - Kamalvəndi qeyd edib.
Qeyd edək ki, uranın 20% və daha çox zənginləşdirilməsi hərbi məqsədlə istifadə edilməsinə imkan verir./publika