​Ural Hava Yolları Bakıdan üzr istədi - Təxribat

Baxış sayı:
6070

Rusiyanın "Ural hava yolları" aviaşirkətinin nəşri - UAM jurnalının redaksiyası iyun nömrəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib.
Muxalifet.az xəbər verir ki, müvafiq açıqlama aviaşirkətin mətbuat xidməti tərəfindən yayılıb.
Xatırladaq ki, jurnal "Günəşli Ermənistana vertolyot turları" adı ilə yerləşdirdiyi reklamda Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərilməklə yanaşı, işğal edilmiş ərazilərimizə helikopter turları təşkil edildiyini də vurğulamışdı.