Universitetdə faciə - LABORANT ÖLDÜ

Dünən Azərbaycan Pedaqoji Universitetində ölüm hadisəsi baş verib.
 
Saat 16:15 radələrində universitetin elmi işçisi, 1953-cü il təvəllüdlü Əliyev Arzu Ağaəli oğlu Ü.Hacıbəyov 34-ünvanında yerləşən universitet korpusunda qəfil yıxılıb. Hadisə yerinə təcili yardım çağırılsa da, artıq gec olub və A.Əliyevin vəfat etdiyi müəyyən edilib.
Bildirilir ki, ali təhsil ocağının işçisi ürək çatışmazlığından vəfat edib.