​Universitet rəsmisindən saxta tarixlə bağlı AÇIQLAMA

Baxış sayı:
1114

Təbriz Universitetinin rəisi Məhəmmədrza Purməhəmmədi universitetin təsis tarixinin təhrif olunmasına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, o, tarixin təhrif edilməsi ilə bağlı səsləndirilən fikirləri təkzib etməyib.
"Keçiriləcək mərasimdə universitetin təsis edilmə tarixi haqda danışacağam. Rəsmi sənədlərdə təsis tarixi kimi 1947-ci il göstərilir", - o bildirib.
Qeyd edək ki, avqustun 29-da Təbriz Universitetinin 70-ci ildönümünün keçiriləcəyi açıqlanıb. Halbuki universitet 1946-cı il iyunun 12-də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri tərəfindən açılıb və buna əsasən, universitetin təsisinin 70-ci deyil, 72-ci ildönümüdür. İran rəsmiləri bununla universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini göstərməyə çalışır.