Universitet rektoru haqqında ŞOK İTTİHAMLAR – “Üzümə iki qızı qoydu ki...”

Baxış sayı:
7603

Azərbaycan Texnologiya Universitetindən qanunsuz olaraq çıxarıldığını iddia edən Azər Allahverdiyev Muxalifet.az saytı vasitəsilə president İlham Əliyevə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik: “Cənab Prezident! Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də hansısa nailiyyətlər əldə etmək üçün bu istiqamətdə gördüyünüz işlərin daha şəffaf olması qaçılmazdır. Bir neçə il də təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə, uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər ciddi qüsurlar, həmçinin problemlər var ki, bu da hər bir Azərbaycan vətəndaşı, xüsusən də təhsil işcisi kimi, məni narahat edir. Bununla bağlı bir neçə dəfə mətbuatda sizə və dövlət orqanlarına müraciətlərim, “Azərpoçt” vasitəsi ilə rəsmi məktublarım olub. Şikayətlərimə heç bir ciddi reaksiya olmayıb. Sizə şikayətim yenidən Texnologiya Universitetinin rektoru Akif Süleymanovdandır. A.Süleymanov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni rəsmi sənədlərdə olanlarını nəzərinizə çatdırıram. Mən Azər Allahverdiyevin Texnologiya Universitetinin rektoru Akif Süleymanov tərəfindən üzərinə şər-böhtan atılaraq işdən kənarlaşmışam… 25 dekabr 2017-ci ildə Kəpəz rayon Məhkəməsi tərəfindən mənə verilən əmrlər ləğv olunaraq, bir ay ərzində işə qayıtmağıma qərar çıxarıldı. Qarşı tərəf Kəpəz rayon Məhkəməsinin qərarından apellasiya şikayəti vermişdir. 4 İyun 2018 ci ildə Gəncə Şəhər Apellasiya məhkəməsində yenidən bəraət aldım. Şöbə müdiri Kamil Süleymanov rektor Akif Süleymanova ərizəsində bildirir: “Yazıb izə bildirirəm ki, 18 oktyabr 2017 ci il tarixdə Azər Allahverdiyev bütün iş günü işdə olmamışdır”. Kamil Süleymanovun rektor Akif Süleymanova yazdığı ərizənin surəti: Amma bu və üzümə duran qızların və digər şəxslərin ərizələri, eləcə də protokol, izahatlar, reallığı əks etdirmir. Etika komissiyasının üzvləri, mənim üzümə duran qızlara niyə sual vermiyiblər ki, Azər Allahverdiyev sizi niyə təhqir edib, hədələyib və qorxudub? Zamiqə Xəlilova ərizəsində bildirir ki: universitetin işçisi Azər Allahverdiyev 1 il ərzində universitet daxilində məni təqib edərək narahatlığa səbəb olmuşdur. Zamiqə Xəlilova izahatında bildirir: “Azər Allahverdiyev mənim yolumu kəsib təhqir edir, iş yerində maneçilik törədir, hədələyir və qorxudur. Etika komissiyasının üzvlərindən Zamiqə Xəlilova xahiş etdi ki, həyatına ciddi təhlükə olduğu üçün Azər Allahverdiyev barəsində ciddi tədbir görülsün”. Burada sual yaranır? Əgər Azər Allahverdiyev Zamiqə Xəlilovanın qabağını kəsirsə, hədələyirsə, qorxudursa, həyatınıza ciddi təhlükə yaradırsa, niyə hüquq mühafizə orqanlarına 1 il ərzində müraciət etməmisiniz. Yenə sual yaranır? Mən Zamiqə Xəlilovanı 1 il ərizində narahat etmişəmsə, təqib etmişəmsə, Universitetin hər bir yanında kamera var, onda etika komissiyasının üzvlərinə də, məhkəməyə də, kameralardan görüntülər təqdim edərdilər. Zamiqə Xəlilova izahatında bir daha bildirir ki, “dərs zamanı Azər Allahverdiyev sinifə daxil olub, məni uşaqların gözü qarşısında təhqir edərək hədələmiş, qorxutmuş, həyatıma ciddi təhlükə yaratmışdır”. Yenə sual yaranır? Şahid qismində protokolda, ərizədə, izahatda, bir nəfər Cəmilə Əsgərzadə göstərilib, niyə sinifdə olan digər uşaqlar şahid kimi göstərilməyib? Şöbə müdiri Kamil Süleymanov 18 oktyabr 2017-ci il də ərizə ilə rektor Akif Süleymanova müraciət edir ki, universitetin işcisi Azər Allahverdiyev bütün iş günü işdə olmamışdır. Yenə sual yaranır: Əgər Azər Allahverdiyev 18 oktyabr 2017-ci il də işdə olmamışdırsa, necə ola bilər ki, Zamiqə Xəlilovanı, Cəmilə Əsgərzadəni həmin gün, yəni 18 oktyabr 2017-ci il tarixində sinif otağının qapısını açaraq təhqir etsin, hədələsin, qorxutsun, həyatlarına ciddi təhlükə yaratsın. Müraciətimi oxuyan dövlər qurumları diqqətlə tarixlərə nəzər salsınlar. Hər üç ərizə 18 oktyabr 2017-ci il də yazılıb rektorun ünvanına. Universitetin sinif otaqlarında kameralar var və belə bir hal baş vermişdirsə onda həmin kameralardan görüntüləri etika komissiyasına, məhkəməyə, təqdim edərdilər. Əgər sinif otaqlarının kameraları işləmirsə, onda dəhlizdə olan kamera görüntüləri təqdim edilsə, həqiqətən də həmin gün dərs vaxtı sinifin qapısını açıb adları çəkilən xanımlara hörmətsizlik etməyim aydınlaşardı. Hesab edirəm ki, mən Azər Allahverdiyev haqqında yazılan ərizələr, izahatlar, etika komissiyasının iclası, yuxarıda adları qeyd edilən şəxslər rəhbərliyin, yəni Akif Süleymanovun göstərişinə əsasən mənə qarşı belə bir mövqe tutmuşlar. İnanıram ki, Azərbaycan Respublikasının qanunları Akif Süleymanovun özbaşınalığından çox-çox üstündür. Bu faktlarla və digər faktlarla bağlı müvafiq qurumlara, yəni Prezident Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Təhsil Nazirliyinə, davamlı olaraq rəsmi müraciətlər edirik. Çox təəssüf keçirərək bildirirəm ki, müraciətlərimizə pərdəarxasından baxırlar, şikayətlərimizi Təhsil Nazirliyinə yönəldirlər, Təhsil Nazirliyində şikayətlərə ədalətli baxmırlar və digər dövlət qurumlarına Universitetin əməkdaşlarının şikayətlərinə aldadıcı cavablar verirlər, bununla da Akif Süleymanovun çirkin əməllərinə don geyindirirlər. Təhsil Naziri Ceyhun Bayramova davamlı olaraq “Azərpoçt” vasitəsi ilə məktublar göndərirəm, təəssüflə qeyd edirəm ki, məktublarıma rəsmi cavab ala bilmirəm. Əgər Akif Süleymanovu Texnologiya Universitetinə, müəllimlərinə, düşman kəsilməyə göndəriblərsə, Dövlət qurumları desinlər, bilək. Texnologiya Universitetində şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur-olsun, işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi dövlət müəssisəsində kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr, buna münasibəti bir ata kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Mənim üzümə duran qızlar Akif Süleymanovun nəvəsi yaşındadır. Hətta Zamiqə Xəlilovanın atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yurist Xəlilovdur. Tədris şöbəsinin müdiri Piri Axundov hal-hazırda universitetdə təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, axı universitetdə təlim-tərbiyə üzrə prorektor işləyən biri, başqasının övladına qarşı, məhkəməyə Zamiqə Xəlilovanın atası Yuris Xəlilovla üzə durmağa gələməsini nəcə başa düşmək olar. Bu adam təhsil ocağında təlim-tərbiyə işlər üzrə prorektor vəzifəsini icra etməsi doğrudurmu? Təhsil Nazirliyinin təhsil ocağında bu adamları saxlaması sual altındadır. Bir halda ki, ölkəmizin gənclərinin elm-təhsil strukturuna, dövlətimizin, xalqımızın, gələcəyini təmin edən bir sahəyə, yəni təhsilə Terxnologiya Universitetinin rektoru Akif Süleymanov, Gəncə 34 nümrəli məktəbin direktoru Yuris Xəlilov kimi məmurlar rəhbərlik edir, bu xalqa xəyanətə bərabərdirş Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı məktəbin direktoru Yuris Xəlilovu, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseyinova dəfələrlə ərizə ilə müraciət edərək bildirmişəm ki, Yuris Xəlilov qızı Zamiqə Xəlilovaya sahib çıxa bilmirsə, onun məktəb direktoru işləməyə mənəvi haqqı yoxdur. Təəssüflər Gəncə Təhsil İdarəsinin rəisi Zakir Hüseynovdan ərizəmə məni qəneedici cavab ala bilməmişəm. Təhsil ocağına bu cür adamlar rəhbərlik edirsə, gələcəyimiz göz qabağındadır. Axı, təhsil bizə uşaq yaşlarından orta məktəbdə verilməsi ilə başlayır, ali məktəbdə də davam edir, belə adamların təhsilə rəhbərlik etməsi, hüquqları pozulmuş şəxsdən başqa, bir vətəndaş kimi də, məni narahat edir. Diqqətinizə çatdırım ki, 4 iyun 2018-ci ildə Apellyasiya məhkəməsi, Kəpəz rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı, mən yenidən bəraət aldım. Nizami Gəncəvinin bir kəlamı var: Bu qoca dünyada hər nəyə baxsan, Allah varlığlına sübut taparsan. Yuxarıda sadaladığım bu çirkin işlərin başında Akif Süleymanov durur, onun rektor işləməyə mənəvi haqqı yoxdur, o bu çirkin əməllərinlə rektorluq haqqını çoxdan itirib. Cənab Prezident! Sizə yenidən müraciət edərək bildirirəm ki, Texnologiya Universitetyin rektoru Akif Süleymanov kimi məmurlar, çiçəklənən dövlətimizə, dövlətimizin ziyalılarına xəyanət edir. Sizdən xahiş edirəm, Texnologiya Universitetinin rektoru Akif Süleymanovu, çirkin əməllərinə görə tutduğu vəzfədən azad edəsiniz, onun haqqında, “Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “Vəzifə səlahiyyətlərini aşma”, “Sübutları saxtalaşdırma”, “Böhtan atma” maddələri ilə çinayət işi açılmasına, onu qanunlarımız qarşısında cəzalandırılmasına sərəncam verəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.