​UNICEF Azərbaycanda uşaqlar arasında təhsilalma səviyyəsini açıqladı

"Azərbaycanda uşaqların təhsil imkanları ilə təminatı baxımından ciddi problemlər yoxdur".
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, xanım Əfşan Xan deyib.
O bildirib ki, Azərbaycanda uşaqlar arasında təhsilalma səviyyəsi hətta 95 faizdən yuxarıdır: "Bu mənada görülən işlər təqdirəlayiqdir. Bununla yanaşı, əlilliyi olan uşaqların təhsil imkanlarından istifadə etməsi, onların məhdudlaşdırılmaması, cəmiyyətə inteqrasiya  olunması kimi məsələlər daha da əhəmiyyət təşkil edir, sadaladığım bu sahələrdə görülməli işlər var. Azərbaycan digər sahələrdə də - istər uşaqların təhsili, istərsə də onlara dair səhiyyə işlərində - kifayət  qədər nailiyyət əldə edib".
Ə. Xan qeyd edib ki, Mərkəzi Asiya və Avropa regionunda Azərbaycanın nailiyyətlərini əlamətdar hal kimi qeyd etmək lazımdır, amma gələcək nəsil üçün bu işləri davam etdirmək vacibdir.