“Ümid edirəm ki, beş saat sonra münaqişə tərəfləri atəşi dayandıracaq” - PUTIN

Baxış sayı:
2349

“Ümid edirəm ki, beş saat sonra Liviyada münaqişə tərəfləri atəşi dayandıracaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə Almaniyanın Federal Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin belə deyib.

“Mən çox ümid edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çağırış etdiyimiz kimi, bir neçə saat sonra, Liviyada münaqişə tərəfləri atəşi dayandıracaqlar, hərbi əməliyyatlar sona çatacaq”, - deyə Putin vurğulayıb.

Rusiya lideri bu məsələ ilə bağlı əlavə məsləhətləşmələr keçirmək istədiyini də bildirib.

Qeyd edək ki, yanvarın 8-də Rusiya və Türkiyə liderlərinin imzaladığı birgə bəyanatda yanvarın 12-dən Liviyada tərəflər atəşi dayandırmağa çağırılıb.