Ülviyyə Alovlu sayt rəhbərliyindən çıxarıldı

Tanınmış jurnalist Ülviyyə Alovlu big.az saytının baş redaktoru vəzifəsindən kənarlaşdırılıb.
 
BakuPost.az-a daxil olan məlumata görə, jurnalist tutduğu postdan 2 gün əvvəl  uzaqlaşdırılıb.
Big.az saytından faktı BakuPost.az-a təsdiqləyiblər.
Xatırladaq ki, Ülviyyə Alovlu əvvəllər ANS, "Lider" telekanallarında, "Röya", "Dostum" jurnallarında, eləcə də 1news.az və gun.az saytlarında redaktor və baş redaktor vəzifələrində çalışıb.