​Ülvi Mansurov VƏZİFƏDƏN ÇIXARILDI

Azərpoçt MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
APA-nın xəbərinə görə, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
Azərpoçt MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.
Maraqlıdır ki, Azərpoçt MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
Xatırladaq ki, Ü.Mansurov Azərpoçt MMC-dən öncə Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.