​UKRAYNAYA ULTİMATUM: Kiyevin NATO-ya yolu bağlanır

Baxış sayı:
2683

Ukrayna yeni təhsil haqqında qanun qəbul etməklə NATO qarşısında götürdüyü öhdəlikləri pozub.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstan Xarici İşlər naziri Piter Siyarto söyləyib.
“Yeni qanunla Ukrayna həm azlıqların hüquqlarını, həm də Avropa Birliyi və NATO qarşısındakı öhdəliklərini pozub. Macarıstan Ukraynadakı macarların maraqlarını hansısa geosiyasi oyuna qurban verməyəcək. Əgər Kiyev NATO ilə əməkdaşlığının gücləndirilməsini istəyirsə, o zaman yeni təhsil haqqında qanunu ləğv etməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna bundan öncə yeni təhsil haqqında qanun qəbul edib. Qanuna əsasən, milli azlıqların öz dilində təhsil almaq imkanı məhdudlaşdırılıb. Bu qərar rəsmi Budapeştin kəskin etirazına səbəb olub.