Ukraynaya güvənə bilmərik, artıq Türkiyədən daşınacaq - Rus ekspert
21-11-2018 20:06
Baxış sayı:
8401
Rusiya təbii qazı heç vaxt təzyiq vasitəsi kimi istifadə etmədi.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Viktor Nadein-Rayevski çıxış edib.
"Türk axınının hər iki qolu da lazımlıdır, ancaq ikinci qol üçün bir çox əlaqə yaradılmalıdır. Avropa ölkələrinin marağına baxmayaraq, Avropa Komissiyası yeni iştirakçıların daxil olmasını əngəlləmək cəhdlərini davam etdirir. Layihədə iştirak etmək istəyən Macarıstan, Bolqarıstan, Serbiya, İtaliya uzunmüddətli və etibarlı qaz tədarükünə ehtiyac duyur və bunu da "Qazprom" təmin edir. Rusiya artıq Ukrayna üzərindən qaz tranzitinə güvənə bilməz", - Rayevski vurğulayıb.