Ukraynanın yeni hökumətinin tam tərkibi - SİYAHI

Baxış sayı:
8978

Ukrayna Ali Radası bu gün keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Muxalifet.az xəbər verir ki, deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.

Yeni hökumətə daxildir:

Dmitriy Kuleba - Ukraynanın Avropa və Avroatlantiq inteqrasiyası üzrə Baş Nazirin müavini

Mixail Fedorov - rəqəmsal transformasiyası üzrə Baş Nazirin müavini

Timofey Milovanov - İqtisadiyyat, ticarət və kənd təsərrüfatı inkişafı naziri

Oksana Markarova - maliyyə naziri

Aleksey Orjel - Enerji və ətraf mühitin qorunması naziri

Vladislav Krikliy - İnfrastruktura naziri

Alena Babak - Ukraynanın əraziləri və icmaları naziri

Anna Novosad - Elm və təhsil naziri

Zoryana Skaletskaya - Səhiyyə naziri

Vladimir Borodyanskiy - Mədəniyyət, gənclər və idman naziri

Yuliya Sokolovskaya - Sosial siyasət naziri

Arsen Avakov - Daxili işlər naziri

Oksana Kolyada - Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir

Dmitriy Dubilet - Ukrayna Nazirlər Kabinetinin naziri

Denis Malyuska - Ədliyyə naziri

Qeyd edək ki, bundan öncə Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov isə Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.