​Ukraynanın xarici işlər naziri İSTEFA VERDİ

Baxış sayı:
6427

Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefa verib.
Muxalifet.az xəbər verir ki, o, "Feysbuk" sosial şəbəkəsində paylaşdığı videomüraciətində bu barədə bildirib. Diqqətə çatdırıb ki, Ali Radaya seçilmək üçün müraciət edəcək. 
“Mən ukraynalıların nə istədiyini və həmçinin dünyanın bizdən nə gözlədiyini bilirəm. Mənim çoxlu ideyalarım var və ümid edirəm ki, onları reallaşdıra bilərəm. Ona görə də mən irəli, siyasətə gedirəm. Bu yola prinsiplərimi və görüşlərimi bölüşdüyüm, həmfikir olduğum komanda ilə çıxıram”.