Ukraynanın radar sistemi Suriyadakı Rus hava müdafiəsini məhv etdi

Baxış sayı:
14248

 İsrailin Ukraynadan aldığı Kolçuga-M passiv radar sisteminin Suriyada istifadə edilən Rus Pantsir hava müdafiə sistemini tapıb, məhv edilməsinə yardımçı olduğu irəli sürülüb.
 
İsrailin ötən il Ukraynadan aldığı 800 kilometr qədər mənzilə sahib Kolçuga-M passiv radar sisteminin Suriyadakı İran bazasına qarşı hücumların uğur qazanmasında böyük rol oynadığı, Rus Pantsir hava müdafiə sistemini tapıb, məhv edilməsinə yardımçı olduğu bildirilib.
Moskva mərkəzli AVIA PRO adlı xəbər saytının Rus hərbi rəhbərliyə əsaslandırdığı xəbərində, "İsrailin Suriyadakı hava zərbəsinin uğurlu olması Ukraynanın elektron kəşf radar sistemi Kolçuga-M-in Rus Pantsir hava müdafiə sistemini tapmasından irəli gəlir" deyilib.
Bölgə üzərində hərbi araşdırma aparan mütəxəssislər İsrail Hava Qüvvələrinin Suriyada bütün hava müdafiə sistemlərinin yerləri haqqında doğru məlumatlar əldə etdiyini, bunun Kolçuga-M passiv radar sistemi sayəsində olduğunu və hücumda Rus Tor, Pantsir-S, S-75 hava müdafiə və JY-28 radarının tapılıb, məhv edildiyini məruzə edib.
 

800 KİLOMETRƏ QƏDƏR TƏSİRLİDİR
 
 Passiv bir elektron dəstək tədbiri olan Kolçuga-M yer və hava hədəflərini müəyyən etməsi ilə yanaşı, 600 kilometr radiusundakı və 10 kilometr hündürlükdəki hava hədəflərini izləməyə imkan verən və 800 kilometrə qədər təsirli erkən xəbərdarlıq hava müdafiə sistemidir.
Sistem hava müdafiə sisteminə bağlanan 3 radar stansiyası və 1 komanda vasitəsi ilə radio siqnalı yayan bütün ünsürləri müəyyən edildiklərini hiss etdirmədən uzun mənzildən aşkar etmə qabiliyyətinə malikdir.
İsrail aldığı bu sistem sayəsində 500 kilometrdən artıq bir mənzil daxilində yerləşən Suriya hava müdafiə sistemlərindən rabitə sistemlərinə qədər hər şeyi izləyə, tanıya vəyerini müəyyən edə biləcək. Bu sistem İsrailə həmçinin Aralıq dənizində də xeyli miqdarda siqnal toplama qabiliyyəti qazandıra bilər.
Müxalifət.az