​Ukraynanın parçalanması üçün ƏSAS FAKTOR... - Saakaşvili

Baxış sayı:
1834

Ukraynanı tezliklə süqut gözləyir.
Muxalifət.az xəbər verir ki, bunu Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.
“Ukrayna oliqarxların böyük iqtisadi maraqları ucbatından mafiya dövlətinə çevrilir. İqtisadiyyatın 70%-i oliqarx ailələrinə məxsusdur. Bunların başında duran isə Pyotr Poroşenko və Rinat Axmetovdur. Burada dövlət faktiki olaraq işləmir, yarıhərbi qruplaşmalar Poroşenko tərəfindən silahlandırılır. Eyni tip qruplar Daxili İşlər naziri Arsen Avakov və Axmetovun da tabeleyində mövcuddur.
Ölkənin parçalanması üçün əsas faktor Çernovitskoy Bukovina və Zakarpatyadakı separatçı əhval-ruhiyyə ola bilər. Burada əhalinin ağır iqtisadi vəziyyəti və kütləvi immiqrasiyası müşahidə edilir”? – deyə o bildirib.