​Ukraynanın keçmiş prezidenti Zelenskini TƏBRİK ETDİ

Baxış sayı:
9271

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç prezident seçkilərindəki ikinci turunda qələbə çalmış Vladimir Zelenskini təbrik edib. Məlumatı Yanukoviçin mətbuat katibi Yuri Karasir öz “Feysbuk” səhifəsində yayıb.
Ukraynada prezident seçkilərinin ikinci turu bazar günü, aprelin 21-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Zelenski səslərin 73 faizindən çoxunu toplayaraq, keçmiş prezident Pyotr Poroşenkonu geridə qoyub.
Yanukoviçin Zelenskiyə ünvanladığı təbrik ismarıcında deyilir: “Ukrayna prezidenti postuna seçilməyiniz münasibəti ilə Sizi səmim-qəlbdən təbrik edirəm. Ölkəmizin tarixinin ağır məqamında ukraynalılar Sizə bu postu etibar ediblər”.
Təbrikdə deyilir: “İndi Sizin qarşınızda çətin məsələlər durur. Ən əsası – ölkəmizə sülh gətirmək, Ukrayna xalqını birləşdirmək və barışdırmaqdır. Qanunu və ədaləti bərqərar eləməkdir. Ukraynalıların maddi rifahını yaxşılaşdırmaqdır”.