Ukraynanın borcu REKORD SƏVİYYƏYƏ ÇATDI

Ukraynanın dövlət borcu təkcə sentyabr ayında 470 milyon dollar artaraq, 77,03 milyard dollar olub.
Bu barədə informasiyanı Ukrayna Maliyyə Nazirliyi yayıb. Nazirlik ilin əvvəlindən sentyabra qədər ölkənin borcunun 6 milyard dollar artdığını bildirib.
Qeyd edək ki, avqust ayında Ukraynanın borcu 76,56 milyard dollar olub. 2016-cı ilin sonunda isə bu göstərici 70,97 milyard təşkil edirdi.