Ukraynalını Bandera bayrağını yeməyə məcbur etdilər

Baxış sayı:
6566

Polyaklar ukraynalını, onun maşınında gördükləri qırmızı-qara bayrağı yeməyə məcbur ediblər.

RİA Novosti xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı Aleksey Juravko Facebook səhifəsində məlumat yayıb.

Bir dəfə onun, adının açıqlanmasını istəməyən dostu, polyakların Ukrayna nömrəsi ilə olan maşının təkərlərinin havasını necə buraxdıqlarının şahidi olub. Avtomobilin ön şüşəsinin altında "Ukrayna Millətçilər Təşkilatı - Ukrayna İstiqlal Ordusu" (UMT-UİO) bayrağı var imiş. Avtomobilin sahibi qayıdanda polyaklar onu mühasirəyə alıblar: “Sürücüyə deyiblər ki, qara-qırmızı rəngli bayrağı çıxarıb əlinə götürsün, sonra da onu dizüstə oturdub həmin bayrağı yeməyə məcbur ediblər”.

Juravkonun dostu bildirib ki, ukraynalı polyakların tələblərini yerinə yetirməli olub. Polyaklar onu döyməsələr də, "sərt" hərəkət ediblər.

Axırda polyaklar ukraynalını məcbur ediblər ki, rus dilində üzr istəsin.