Ukraynadan Türkiyə iddiası: ABŞ ƏNGƏLLƏDİ

Baxış sayı:
3484

Türkiyə ilə Ukrayna arasında hərbi və texniki əməkdaşlıq haqqında danışıqların 2016-ci ildə ABŞ tərəfindən əngəl olunduğu irəli sürülüb. Ukraynalı bir mənbə, ABŞ-ın Türkiyənin nəzarətsiz güclənməsindən qorxduğunu bildirib.
 
Ukraynanın informasiya agentliyi “OPK”, ABŞ-ın 2016-ci ildə Ukrayna-Türkiyə birgə layihəsinə əngəl olduğunu bildirib.
 
TÜRKİYƏ VƏ UKRAYNA ANLAŞMAQ ÜZRƏYDİ
 
Xəbərdə, Kiyev və Ankaranın 2016-ci ildə hərbi və texniki əməkdaşlıq sahəsində fəal danışıqlar apardığı və ortaq raket, təyyarə və həssas silahlara qarşı müdafiə sistemlərinin istehsalı məsələsində anlaşmaya yaxınlaşdığı ifadə edilib.
 
ABŞ TÜRKİYƏNİN NƏZARƏTSİZ GÜCLƏNMƏSİNDƏN QORXDU
 
Agentliyə danışan bir mənbə, ABŞ-ın bu müqaviləyə qarşı çıxdığını söyləyərək, “ABŞ, Türkiyənin nəzarətsiz güclənməsindən qorxdu" deyib.
Müxalifət.az