“Ukraynada yeni lider meydana çıxacaq, 4 il sonra öldürüləcək” – GÖRÜCÜ VANQANIN ŞOK PROQNOZLARI

Baxış sayı:
5371

Ukrayna mətbuatı bolqar falçı Vanqanın 1979-cu ildə dediklərini yenidən gündəmə gətirib. Yerli mətbuat iddia edir ki, Vanqa “yanaşı 20-lər”in (2020) Ukrayna üçün dönüş ili olacağını vurğulayıb. O bildirib ki, Ukrayndan fərqli olaraq 2020-ci il Rusiyada çöküşün başlanğıcı ili kimi tarixə düşəcək.
Məşhur falçı iddia edib ki, bu iki qardaş xalqlar arasında gərginlik pik həddə çatacaq və proseslər nəhəng imperiyanın süqutuna gətirib çıxaracaq. Bu süqut isə dərhal baş verməyəcək, “Vladimir imperiyası” 10 il içərisində 4 yerə parçalanacaq.
2020-ci il Ukraynası haqda proqnoz verən Vanqanın sözlərinə görə, xalqın “gülüşləri ilə mükafatlandırdığı” yeni bir lider meydana çıxacaq ki, ölkənin xilası onun əlində olacaq, az müddət sonra itirilən ərazilərin böyük hissəsi müharibəsiz geri qaytarılacaq. Həmin lider 4 il hakimiyyətdə olacaq və daha sonra sui-qəsd nəticəsində ortadan qaldırılacaq.
Vanqanın bioqrafı, bolqar professor Veliçko Dobriyanovun dediyinə görə, falçı qadın ABŞ-ın 45-ci prezidentinin müsəlman dünyası üçün böyük fəlakətlər gətirəcəyini də açıqlayıb. Falçı qadın iddia edib ki, qalmaqalla hakimiyyətə gələn bu prezident Amerikanın parçalanmasının əsasını qoyacaq və 20 ilə qalmaz “böyük torpaqlar” 2 yerə bölünəcək. “Ya Amerika donacaq, ya iri iqtisadi böhranda məhv olacaq, ya da şimal və cənub ştatlarına parçalanacaq”,- deyə iddia edilir.
Qeyd edək ki, Vanqının bir çox proqnozları özünü doğrultmasa da, son vaxtlar Ukraynda baş verən hadisələr fonunda bu öncəgörmələr kifayət qədər diqqət çəkir. Çox güman ki, xalqın “gülüşləri ilə mükafatlandırdığı” lider deyildikdə, şoumen namizəd Vladimir Zelenski nəzərdə tutulur...
O ki qaldı Rusiya və ya Amerika ilə bağlı ilə bağlı proqnozlara, qeyd etməliyik ki, Vanqa Putinin təkqütblü dünyanın yeganə söz sahibi olacağını, ABŞ-ın 44-cü qaradərili prezidentinin isə ölkənin sonuncu dövlət başçısı olduğu haqda fikirlər səsləndirmişdi. Nəzərə alsaq ki, Obama dönəmi ABŞ-da çoxdan keçib və Putinin söz sahibi olmaq xülyası ketdikcə ölməkdədir, deməli Vanqanın dedikləri əksər hallarda kimlərinsə uydurmasından başqa bir şey deyil...
 
Muxalifet.az