Ukraynada «vurulmaz» raket yaradıblar – Rusiyaya qarşı durmaq üçün…

Baxış sayı:
6952

Ukraynalı mühəndislər gəmiyə qarşı səsdən sürətli «Molniya» raketi işləyib hazırlayıblar. Onlar iddia edirlər ki, bu raketi vurmaq «praktiki olaraq mümkün deyil».

«Strana.ua» nəşrinin yazdığına görə, raketi Dnepropetrovsk «Yujnoe» konstruktor bürosunda yaradıblar və «Silah və təhlükəsizlik-2019» sərgisində təqdim ediblər. Yeni raketlərlə Ukrayna hərbi-hava qüvvələrinin Su-27 və Su-24M qırıcılarının təchiz ediləcəyi gözlənilir.

Yaradıcıların sözlərinə görə, raket sürətini 2-2,5 min kilometr/saata qədər artıra bilir – Azov və Qara dənizlərdə Rusiya hərbi-dəniz donanmasına qarşı durmaq qabiliyyətinə malikdir.