Ukraynada tükürpədən CİNAYƏT: keçmiş polis əməkdaşını öldürüb ondan sup bişirdilər - VİDEO/FOTO

Baxış sayı:
7051

Ukraynada dəhşətli qətl hadisəsi yaşanıb.

Ata ilə oğul evlərinə gələn qonağın başını kəsərək ondan sup hazırlayıblar.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş verən qətl hadisəsi ölkənin gündəmini zəbt edib.

Ata və oğul etdikləri keçmiş cinayət əməllərinə görə polislərlə araları yaxşı olmadığı üçün bu qətl hadisəsini törədiblər. Onlar evlərində qəbul etdikləri qonağın polis olduğunu anlayan kimi onu öldürməyə qərar veriblər. Hadisəni törədən ata Maksim Kostyukov və 20 yaşlı gənc oğlu artıq həbs edilib. 41 yaşlı ata öldürdükləri polis əməkdaşı ilə yeni tanış olub. Onu bir dost kimi evlərinə dəvət edib. Evdə yeyib içib sərxoş olduqdan sonra qonaq olan Petrovun keçmiş polis əməkdaşı olduğunu anlayan Maksim Kostyukov oğlunun köməyi ilə birlikdə onu öldürüblər.

Hadisənin ən iyrənc və tükürpədən tərəfi isə ata-oğul öldürdükləri keçmiş polis əməkdaşının başını əllərini və qolunu kəsiblər. Daha sonra bu parçalardan evdə sup hazırlayaraq özləri içiblər. 

Polisinin hadisə ilə bağlı apardığı araşdırmalar zamanı onların evindən soyuducudan öldürdükləri adamın bədəninin parçaları tapılıb. Öldürülən keçmiş polis əməkdaşının digər parçaları isə onları yaşadığı evə yaxın bir binanın zirzəmisindən tapılıb.

Ata və oğul bunu cəsədin tanınmaması üçün etdiklərini etiraf ediblər.

 Petrov’s severed head was found in a box on the suspects' balcony

Картинки по запросу Baba Oğul, Evlerine Gelen Misafirin Kafasını Kesip Kemiklerinden Çorba Yaptı