​Ukraynada sui-qəsdi Kadırov törədib - İTTİHAM

Ukraynalı deputat İqor Mosiyçuka qarşı sui-qəsdin arxasında Çeçenistan lideri Ramzan Kadırov dayanır.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Radikal Partiyasından olan deputat Dmitri Linko paylaşıb. O, buna heç bir şübhəsinin olmadığını bildirib.
Qeyd edək ki, dünən Mosiyçuka qarşı sui-qəsd təşkil olunub. Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ağır yaralanan Mosiyçuk hazırda xəstəxanadadır.