Ukraynada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Baxış sayı:
259

Ukraynanın Xarkov şəhəri ərazisində soyğunçuluqla məşğul olan azərbaycanlı və dağıstanlılardan ibarət dəstə saxlanılıb. 

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, cinayət törətməkdə şübhəli bilinən dəstə 27-38 yaş arasında olan gənclərdir.

18 noyabrda dörd kişi 39 yaşlı Vyetnam vətəndaşının evinə hücum edib. Cinayətkarlar hələ təyin olunmayan alətlə qurbanlarına bir neçə zərbə vuraraq onun 20 min dollarını və dörd min qrivenini (250 manat) oğurlayıblar. Hadisədən dərhal sonra cinayəti törətmiş şəxslər “Mazda” avtomobilinə əyləşərək, hadisə yerindən uzaqlaşıblar. 

Bir neçə saatdan sonra polis əməkdaşları və əməliyyatçılar azərbaycanlı və dağıstanlılardan təşkil olunan cinayətkar dəstənin əməllərini ifşa ediblər. Axtarış nəticəsində hadisə yerindən pul vəsaiti, 11 ədəd sim kart, dövlət qeydiyyatı olan avtomobil nişanı, qatlama bıçaq, beysbol çubuğu, tibbi maska və sair əşyalar müsadirə ediblər. 

Hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş araşdırmalara başlayıblar.

Cinayətkarları şəxsi mülkiyyəti müsadirə olunmaqla 10 ilə qədər həbs cəzası gözləyir.