​Ukraynada Sibir xorası tapıldı: Kəndə giriş-çıxış bağlandı

Baxış sayı:
2308

Ukraynanın Odessa vilayətində beş nəfər Sibir xorası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, xəstəliyə yoluxma halı Menyaylovka kəndində qeydə alınıb.
Sibir xorasının yayılmasının qarşısının alınması üçün kəndə giriş-çıxışlar bağlanıb. Digər təfərrüatlar barədə məlumat verilmir.