Ukraynada seçkinin nəticələri rəsmi elan olundu

Baxış sayı:
16117

 Ukraynada 63 faiz iştirakla keçirilən seçkilərdə səs sayma prosesi yekunlaşıb.
 
Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin səs sayma prosesini başa çatdırıb. Prezident seçkilərində məzhəkəçi Vladimir Zelenski və mövcud dövlət başçısı Pyotr Poroşenko 21 apreldə keçiriləcək ikinci turda yarışacaq.
Xaricdəki səslərlə cəmi 63,53 faiz nisbətində iştirakın təmin olunduğu seçkilərdən sonra bütün seçki qutuları açılıb.
Aparılan səs sayma nəticəsində namizədlərdən məzhəkəçi Vladimir Zelenski 30,24 faiz ilə birinci, hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 15,95 faiz səs ilə ikinci olub.
Keçmiş baş nazir Yuliya Timoşenko 13,40 faiz səs, Rusiya tərəfdarı Yuriy Boyko 11,67 faiz səs, keçmiş müdafiə naziri Anatoli Gritsenko isə 6,91 faiz səs alıb.
Seçkilərdə namizədlərdən hər hansı biri 50 faizdən artıq səs ala bilmədiyi üçün ən çox səs alan məzhəkəçi Vladimir Zelenski və mövcud dövlət başçısı Pyotr Poroşenko 21 apreldə keçiriləcək ikinci turda yarışacaq.
Müxalifət.az