UKRAYNADA SEÇKİ GƏRGİNLİYİ: Zelenski Poroşenko ilə debatdan qaçdı - CANLI YAYIM

Baxış sayı:
2113

Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelenski ölkənin hazırki rəhbəri Pyotr Poroşenko ilə debata çıxmaqdan imtina edib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Zelenski Kiyevin "Olimpiya" stadionunda təşkil olunan debatdan son anda boyun qaçırıb.

Şoumen debatdan qaçmasını Poroşenko tərəfindən ona qarşı təxribatın hazırlandığı ilə əsaslandırıb.

Zelenskidən fərqli olaraq Poroşenko yüzlərlə insanın qarşısına çıxıb və vətəndaşları maraqlandıran sualları cavablandırır.