​Ukraynada qırıcı yerə çırpıldı: Pilotun taleyi...

Baxış sayı:
4210

Ukraynanın Vinnisk əyalətində Su-27 qırıcısı qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qırıcının yerli vaxtla 17:00 radələrində Ulanov rayonunda, Berdiçev və Xmelnik yaşayış sahələri arasında yerə çırpıldığı bildirilib.
Pilotun taleyi barədə məlumat yoxdur.
Axtarış-xilasetmə tədbirlərinin keçirildiyi bildirilib.