Ukraynada qafqazlı kriminal avtoritet öldürüldü

Baxış sayı:
1063

Ukrayna polisinin Kiyevdə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Gürcüstan vətəndaşı və kriminal avtoritet Şota Çiçiaşvili öldürülüb.
Muxalifet.az
Ukrayna mediasına istinadən xəbər verir ki, kriminal avtoritet öz ölkəsində törətdiyi bir neçə ağır cinayətə görə həbsdə olub. Kriminal avtoritet tikinti vaqonunda mühasirəyə alınıb, lakin o polisə təslim olmayaraq, onlara müqavimət göstərib. O iki tapançadan istifadə etməklə polisə atəş açıb. Nəticədə iki xüsusitəyinatlı yaralanıb. Onu başqa cür zərərsizləşdirmək mümkün olmadığından gülləbaran nəticəsində məhv ediblər.
Çiçiaşvili hələ 10 gün bundan öncə Kiyevdə sənədlərin yoxlanması zamanı  polisə qarşı silah işlədib. Lakin onu həmin hadisə zamanı tutmaq mümkün olmamışdı.
Ş.Çiçiaşvili keçmiş sovet məkanında tanınmış   və təsir gücünə malik kriminal avtoritet kimi tanınır. Onun təkcə kriminal dairələrlə deyil, eyni zamanda terrorist qruplarla da əlaqəsi olduğu bildirilir.