​Ukraynada prezidentin səlahiyyətlərini məhdudlaşdırmağı tələb etdilər

“Xalq cəbhəsi” partiyası Ukraynada konstitusiya islahatları keçirərək, dövlət başçısının səlahiyyətlərini məhdudlaşdırmağı təklif edib.
Muxalifet.az-ın məlumatına əsasən, bu barədə Ali Radanın deputatı, DİN kollegiyasının üzvü Anton Geraşenko bildirib.
Deputat xatırladıb ki, hazırda Ukrayna liderinin özü qubernatorları, rayon dövlət administrasiyalarının başçılarını, iki naziri təyin edir, eləcə də bir çox konstitusiya orqanlarının yaradılmasında iştirak edir.
“Biz hesab edirik ki, bu, prezident üçün olduqca böyük səlahiyyətlərdir və onlar ölkəmizin inkişafına mane olurlar. Çünki icra hakimiyyəti ilə prezident arasında münaqişə yaradırlar”.