Ukraynada hərbi bazada partlayış olub - VİDEO

Baxış sayı:
2194

Ukraynanın Çerniqov vilayətində yerləşən hərbi anbarda partlayış baş verib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ərazidə fövqəladə vəziyyət elan edilib, əhali evakuasiya olunur. Hərbi anbarda partlayışların genişlənməməsi üçün tədbirlər görülür.
Ukrayna Silahlı Qüvvələrinin operativ qrupu hadisə yerinə yollanıb. Yanğının səbəbləri hələlik açıqlanmayıb.