​Ukraynada helikopter qəzaya uğradı

Baxış sayı:
3322

Ukraynanın Poltava vilayətinin Şişats rayonunun Çernişevska kəndində Mi-2 helikopteri qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Yerli vaxtla 17:00 radələrinə baş verən hadisə zamanı helikopterdə olan 2 nəfər xəsarət almayıb.
Bildirilir ki, helikopter şəxsi firmalardan birinə məxsus olub.
Polis hadisə yerində araşdırma aparır.