​Ukraynada döyüşlər yenidən qızışdı: 3 ölü, 16 yaralı

Ukrayna ordusu Donbasda 3 əsgərini itirib.
“RİA Novosti”-nin məlumatına görə, bunu Ukrayna Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi Andrey Lısenko deyib.
Sutka ərzində 16 Ukrayna əsgəri də yaralanıb. Lısenko bildirib ki, onlardan 8 nəfəri Luqansk ətrafındakı mövqeləriinin artilleriya atəşinə tutulması nəticəsində kontuziya alıb.