​Ukraynada daha bir sui-qəsd: DEPUTAT ÖLDÜRÜLDÜ

Ukraynada Severodonetsk Şəhər Şurasının deputatı Sergey Samarski qətlə yetirilib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Severodonetsk şəhər merinin müavini Qriqori Priqeba paylaşıb.
Samarskinin gecə yerli vaxtla 01:30-da öldürüldüyü bildirilib. Onun cəsədi şəhər yaxınlığındakı rayonlardan birində aşkar edilib.