​Ukraynada cinayətkar qruplaşmanın azərbaycanlı lideri TUTULDU

Baxış sayı:
10921

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları beynəlxalq cinayət qruplaşma ilə mübarizə çərçivəsində Azərbaycan vətəndaşını saxlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti bildirib.
Azərbaycan vətəndaşının cinayətkar qruplaşmanın liderlərindən biri olduğu deyilir.
Qeyd edilir ki, o, ağır cinayətlərin törədilməsi, xüsusi halda cinayətkar qruplaşmanın tərkibində odlu silahın tətbiqi ilə hücumlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
Ukrayna Təhlükəsizlik Xidməti müəyyən edib ki, axtarılan şəxs Ukraynanın mərkəzi hissəsində kiçik qəsəbədə gizlənirdi. O, hazırda həbsdədir.
Saxlanılan şəxsin Azərbaycana ekstradisiyası haqqında məsələni həll edilir.