Ukraynada 4 azərbaycanlı həbs edildi

Baxış sayı:
3970

Ukraynanın Xarkov şəhərində yolda qarət törətmiş azərbaycanlılar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Xarkov vilayətinin prokurorluğunun mətbuat xidməti yayıb.

Bildirilir ki, quldurluqda şübhəli bilinən beş nəfər girov müqabilində azadlığa çıxmaq hüququndan məhrum edilməklə həbs olunublar.

İzyum rayon prokurorluğunun rəhbəri Stanislav Qalçenkonun sözlərinə görə, şübhəlilərin arasında 36 yaşlı əvvəllər mühakimə edilmiş ukraynalı və 23-31 yaşlarında dörd Azərbaycan vətəndaşı var. Onlar iri məbləğdə mülkiyyətin ələ keçirilməsi məqsədilə qrup şəklində əvvəlcədən razılaşmaqla, zor tətbiq edilməklə quldurluqda ittiham edilirlər.

Hadisə iyunun 9-da İzyum rayonunun Oskol qəsəbəsinin yaxınlığında baş verib. İstintaqın gəldiyi nəticəyə görə, “Opel” avtomobilinin sükanı arxasında olan şübhəlilərdən biri “Şkoda” avtomobili ilə qəza törədib. “Şkoda”nın sürücüsü maşını tərk edən kimi ona bir neçə maskalı şəxs tərəfindən hücum olunub. Onlar zərərçəkmişə bir neçə zərbə endiriblər. Sonuncu huşunu itirdikdən sonra şübhəlilər onun maşınından 55 min dollar pul və mobil telefonu götürərək, hadisə yerini tərk ediblər. Dövlət nömrə nişanı olmayan “Opel” maşınını isə yandırıblar və yaxınlıqda meşədə qoyub gediblər.

İstintaq davam edir. Təqsirləndirilənləri 15 ilə qədər həbs cəzası gözləyir.