Ukrayna və Türkiyə "Bayraktar" xidmət mərkəzinin inşası ilə bağlı MEMORANDUM İMZALADƏ

Baxış sayı:
22269

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb./report