​Ukrayna terrorçunu Türkiyəyə təhvil verdi

Baxış sayı:
2017

Ukrayna Əl Qaidə üzvünü Türkiyəyə təhvil verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Kiyev Baş Prokurorluğu açıqlama yayıb:
“Ukrayna Ədliyyə Nazirliyinin təlimatı əsasında Kiyev Baş Prokurorluğu Beynəlxalq Əməkdaşlıq İdarəsi terror təşkilatı Əl Qaidə üzvü olduğu üçün Adana Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən həbs cəzasının yerinə yetirilməsi üçün qırmızı bülletenlə axtarılan Türkiyə Cümhuriyyəti vətəndaşının təhvil verilməsi tələbini həyata keçirib”, - açıqlamada qeyd edilib.