​Ukrayna tanınmış politoloqu ölkədən qovdu

Baxış sayı:
5377

Ukrayna Təhlükəsizlik Xidməti Belarus vətəndaşı olan politoloq Pavel Karnazıtskini ölkədən çıxarıb.
Muxalifet.az xəbər verir ki, UTX Karnazıtskinin ölkədə qanunsuz yaşadığını, Ukrayna dövləti əleyhinə təbliğat apardığını bildirib.
Ona 3 il müddətinə Ukraynaya giriş qadağan edilib.
Qeyd edək ki, P.Karnazıtski politoloq və jurnalistdir, Rusiya mediasında daha aktiv çıxış edir.