Ukrayna Saakaşviliyə şərt qoydu

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya gələ bilməsi üçün əvvəl viza alması lazımdır.
 
Bu barədə Ukrayna Baş prokurorunun müavini Yevgeni Yenin fikir səsləndirib.
“Saakaşvilinin Ukraynaya daxil olması yalnız viza aldıqdan sonra mümkün ola bilər. Fəallar qarşısında göstərilən istənilən tamaşaları və ya qanunsuz sərhəd keçmək məsələləri Saakaşvilinin məsuliyyətə cəlb olunması üçün bizə yüzfaizli əsas verir”, - Yenin bildirib.
Xatırladaq ki, M.Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib.