Ukrayna Rusiyaya nota verdi

Baxış sayı:
10007

Ukrayna XİN nazir müavini Yelena Zerkal dünya birliyini 2018-ciildə Kerç boğazında provokasiya nəticəsində Moskvanın zəbt etdiyi Ukrayna gəmilərini buraxmaq üçün Rusiyaya təzyiq etməyə çağırıb.

“Gəmilər Ukraynaya qaytarılmayana qədər Rusiyaya təziqə davam edilməlidir”, deyə o Facebook profilində yazıb.
Nazir müavininin sözlərinə görə, Ukrayna yeddi dəfə Moskvaya gəmiləri buraxmaq barədə müraciət edib və bunlardan heç birinə cavab almaıb. 4 noyabrda isə Ukrayna XİN bu məsələ ilə bağlı  Rusiyaya nota verib.
Muxalifet.az