​Ukrayna Rusiyanın parçalanmasını gözləyir

Baxış sayı:
3941

Rusiya vahid dövlət kimi yox olsa, Krım Ukraynaya geri qayıdacaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın İşğal olunmuş ərazilər və daxili məcburi köçkünlər üzrə nazirinin müavini Georgi Tuka söyləyib.
“Krımın və Donbasın Ukraynaya qayıtması ilə bağlı məsuliyyətsiz açıqlamalar verilir. Krım Ukraynaya Rusiya vahid dövlət kimi ləğv olunduqdan sonra geri qayıdacaq”, – deyə o bildirib.