​Ukrayna Rusiyanın hücumuna hazırlaşır - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
410

Müxalifet.az xəbər verir ki, Ukrayna Baş ştabının başçısının müavini Aleksey Taran "Tijden" nəşrində dərc olunan müsahibədə  - " Ukrayna Silahlı Qüvvələri  Rusiyanın edə biləcəyi genişmiqyaslı  hərbi təcavüzün qarşısını almaq üçün plan hazırlayır", -deyə bildirib.

"Bu planlar tamamilə aydın görünür", - o, qeyd edib.

Taranın sözlərinə görə, Rusiya Ukraynanın sərhədlərinə, o cümlədən Belorusiya və Krıma yaxın ərazilərdən hücum hazırlığındadır, amma indi münaqişə Donbasda təmas xəttində alovlanır.

Muxalifet.az