​Ukrayna Rusiya sərhədini işğal edə bilər - Kuzmuk

Ukrayna ordusunun Donetsk və Luqansk vilayətlərini geri qaytarmaq üçün kifayət qədər qüvvəsi mövcuddur.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş müdafiə naziri Aleksandr Kuzmuk danışıb.
“Ukrayna ordusu Rusiya ilə sərhədə çıxa bilər. Bunu potensialımız və gücümüzlə edə bilərik. Bunun üçün Donetsk, Luqansk, Qorlovka və bütün digər şəhərləri yer üzündən silmək məcburiyyətində qalacağıq. Orada dinc əhali var və bunlar bizim sakinlərimizdir. Onlar oranı heç vaxt tərk etməyəcəklər, çünki onlara imkan verməyəcəklər”, - Kuzmuk deyib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Ukraynanın müstəqilliyinin müvəqqəti işğal edilmiş Donetsk və Luqansk ərazisində bərpası haqda xüsusi dövlət siyasəti” adlı qanun layihəsini müzakirəyə çıxarmışdı.