Ukrayna prezidentinin mühafizəsi gücləndirildi

Ukraynanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Petro Poroşenkonun iqamətgahının mühafizəsini gücləndirib.
Bu barədə Ali Radanın "Özünəyardım" fraksiyasının deputatı Viktoriya Voytsitskaya "Facebook" səhifəsində məlumat verib.
"Müxalifətin etiraz aksiyasının keçirildiyi Kiyevin mərkəzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi normaldı, amma daha prezident iqamətgahının qarşısına, ətrafına bu qədər insan, texnika yığmağın mənası nədir?!" - o yazıb
Qeyd edək ki, etiraz aksiyasının iştirakçıları oktyabrın 17-də axşam Ali Radanın binası yaxınlığında çadır qurub. Buna qədər isə etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarından maneələri alıb və onları Qruşevski və Lipski küçələrinin kəsişməsinə yerləşdirib. Aksiya iştirakçıları deputat toxunulmazlığının ləğvini, ölkədə antikorrupsiya məhkəməsinin yaradılmasını, eləcə də seçki qanunvericiliyinin dəyişdirilməsini tələb edirlər.