​Ukrayna prezidentindən Ərdoğana – RUSİYA ÇAĞIRIŞI

Baxış sayı:
4597

Ukrayna Prezidenti Petro Poroşenko ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Poroşenko Ərdoğanı Rusiyada baş tutacaq prezident seçkiləri çərçivəsində Krımda keçiriləcək növbədənkənar səsverməni tanımamağa çağırıb.
Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəstəyinə görə türkiyəli həmkarına təşəkkür edib.