Ukrayna prezidenti Zelenski Bakıya gəlir

Baxış sayı:
3751

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Bakıya rəsmi səfər edəcək. Muxalifet.az bu barədə Ukrayna KİV-inə istinadən xəbər verir. Qeyd olunur ki, hələlik səfərin proqramı təsdiqlənməyib. Mənbələrdən biri əvvəlcədən V.Zelenskinin Ermənistan və Gürcüstana da səfərinin planlaşdırıldığını, lakin Tbilisidəki etirazlar səbəbindən səfərin yalnız Azərbaycanla məhdudlaşdırılması barədə qərara gəlindiyini bildirib. Muxalifet.az