​Ukrayna prezidenti rolunu oynayan Zelenski həqiqətən prezident oldu

Baxış sayı:
11761

Kütlə psixologiyasının idarə edilməsi tarixində bənzərsiz təcrübə nümunəsi

Hurriyyet.org xəbər verir ki, Ukraynada prezident seçilən Vladimir Zelenski dörd il bundan əvvəl “Xalqın xidmətçisi” adlı siyasi komediya məzmunlu bədii filmdə baş rolda çəkilib. Ssenariyə görə, litsey müəllimi olduğu halda, korrupsiyaya qarşı çıxışı ilə internetdə rekord sayda izləmə qazanan və qısa müddət ərzində xalq qəhrəmanı olaraq özünü prezident kürsüsündə görən bir obrazı canlandırmışdı.
Ukraynada prezident seçkilərində 39 namizəd içərisindən ikinci tura qalmaq iki nəfərə mayəssər olmuşdu: hazırki prezident Pyot Poroşenko və məşhur komediyaçı Vladimir Zelenski. İkinci mərhələtə Zelenski 12 milyon 759 min 550 səs ilə səsvermədə iştirak edən seçicilərin 73 faizi tərəfindən dəstəklənmişdi. Poroşenko isə cəmi 4 milyon 200 min səslə uduzmuşdu.
Kütlə psixologiyasının idarə edilməsi tarixində bənzərsiz təcrübə nümunəsi olan Ukrayna prezident seçkiləri barəsində “Nyu-York Tayms” qəzeti belə yazıb: “Vaxtilə çəkildiyi filmdə Ukrayna prezidenti rolunu oynamış məşhur komediyaçı bazar günü keçirilən seçkilərdə çox asan şəkildə qələbə qazanaraq, həqiqətən prezident oldu. 41 yaşında heç bir dövlət təcrübəsi olmayan və komediya sahəsində məşhur aktyor olan Zelenski səslərin 70 faizindən çoxunu alıb”.
“Xalqın xidmətçisi”
4 il əvvəl “Xalqın xidmətçisi” adlı siyasi komediya məzmunlu filmdə baş rol oynayan Zelenski filmin təsirindən də istifadə edərək “Xalqın xidmətçisi” partiyasını qurmuş və bu ilin əvvəlində prezidentliyə namizədliyini irəli sürmüşdü.