​Ukrayna prezidenti nə qədər maaş alır?

Ukrayna prezidenti Pyotr Poroşenko oktyabr ayında 28 min qriven, yəni 1000 dollar yaxın maaş alıb.
Muxalifet.az xəbər verir ki, fiziki şəxslərdən alınan vergi və hərbinin büdcəsinə köçürülən məbləğ isə 5460 qriven, yəni 200 dollar olub. Maaşın qalan hissəsi isə xeyriyyə fonduna köçürülüb. Bu barədə məlumatı "Ukrainskie novosti" agentliyi yayıb.
Poroşenko "Roshen" şirkətinin sahibidir. Onun kapitalı milyard dollarlarla qiymətləndirilir. Ukrayna prezidenti "Novoe vremya" nəşriyyatının tərtib etdiyi "Ukraynanın ən varlı adamları" siyahısında beşinci pillədədir.